Modern.az

Milli Məclisdə dustaqların hüquqları müzakirə olunub

Milli Məclisdə dustaqların hüquqları müzakirə olunub

Parlament

7 Fevral 2012, 17:14

Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclası keçirilib.

Bu barədə Modern.az-a MM-in mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, komitə sədri Əli Hüsenyli gündəlikdəki “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi barədə iclas iştirakçılarına məlumat verib.

O, qeyd edib ki, müzakirə olunan sənəd ölkə Prezidenti İlham Əliyevin ötən ilin dekabırında imzaladığı İnsan hüquqlarının daha səmərəli qorunmasına dair milli fəaliyyət planının həyata keçirilməsində ilk addım kimi qiymətləndirilməlidir. 

Bildirilib ki, 4 fəsil, 50 maddədən ibarət olan qanun layihəsi tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının təmin edilməsinə yönəlib.

Burada şəxsin tutulmasının əsasları, onun təhlükəsizliyi, hüquqları, maddi, tibbi təminatı və digər məsələlər öz əksini tapıb. Sənəddə həbs yerlərində daxili intizam qaydaları, müdriyyətin vəzifələri müəyyən edilib. Sənəddə yetkinlik yaşına çatmayanların və qadınların saxlanılması barədə ayrıca maddələr var.
Deputatlar qanun layihəsinin Avropa və ATƏT standartlarına cavab verdiyini vurğulayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm addımlardan biri kimi qiymətləndirdilər.
Müzakirələrdən sonra sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR