Modern.az

Parlament jurnalistləri "İlin fəal deputatları"nı seçdilər - SİYAHI

Parlament jurnalistləri "İlin fəal deputatları"nı seçdilər - SİYAHI

13 Fevral 2012, 15:43

Tərəfsiz (Parlament) Jurnalistləri Birliyi dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2011-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında sorğu keçirib. Sorğunun nəticələrinə əsasən dörd nominasiya üzrə qaliblər müəyyən edilib. Ümumilikdə, 15 deputat ilin ən fəal deputatları olublar.

«İlin al millət kili» nominasiyasının qalibləri Vahid Əhmədov, Siyavuş Novruzov, Əli Hüseyinli, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Elmira Axundova və İqbal Ağazadə olub.
 Bu nominasiyanın qalibləri Milli Məclisinin 2011-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
     
«Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili» nominasiyasının qalibləri Mehriban Əliyeva və Qənirə Paşayevadır.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2011-ci ildəki fəaliyyəti dövründə seçki dairələrində seçici hüquqlarını müdafiə etdiklərinə görə müəyyən edilib.

«Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət vəkili» nominasiyasının qalibləri Bahar Muradova və Fuad Muradovdur.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2011-ci ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda (Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Avronest və s.) fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.
 
“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili” nominasiyasının qalibləri isə Azay Quliyev, Əli Məsimlidir.
Bu nominasiyanın qaliblərii Milli Məslisin 2011-ci ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.

Parlament Jurnalistləri Birliyinin dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində il ərzində fəaliyytələri görünməyən deputatları da müəyyənləşib. Qeyd edək ki, həmin millət vəkilləri Milli Məclisin 2011-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində passiv iştirak etdiklərinə görə müəyyən ediliblər.
Bu sırada ilk beşliyi Mixail Zabelin, Rasim Musabəyov, Əliağa Hüseynov, Aslan Cəfərov və Mahir Aslanov tutur.

Parlament Jurnalistləri Birliyinin dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində parlamentin 2011-ci ildəki ümumi fəaliyyətinə və qurumun mətbuat xidmətinin fəaliyyətinə də qiymət verilib.
Beləliklə, «Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci ildəki ümumi fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən parlament jurnalistlərinin 34 faizi «qənaətbəxş», 32 faizi «qeyri-qənaətbəxş», 34 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.
 
«Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci ildəki fəaliyyəti dövründə qurumun mətbuat xidmətinin fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən sorğu iştirakçılarının 52 faizi «qənaətbəxş», 8 faizi «qeyri-qənaətbəxş», 40 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR