Modern.az

İqtidar deputatları Almaniya səfiriliyini “topa tutdular”

İqtidar deputatları Almaniya səfiriliyini “topa tutdular”

16 Mart 2012, 15:05

Milli Məclisdə hökümətin hesabatının müzakirələri davam edir. Modern.az xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputatlar Zahid Oruc və Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı Almaniya hökümətinin ünvanına bir sıra ittihamlar səsləndiriblər.

Deputat Zahid Oruc Almaniya xarici işlər nazirinin Bakıda müxalifət liderləri ilə görüşündən danışıb. O bildirib ki, Almaniya dövlətinin rəsmisinin müxalifətlə bağlı qapılar arxasında danışıqlar aparması başadüşülən deyil.

“Onsuz da müxalifət axşam yeməyini səfirliklərdə yerir. Buna baxmayaraq, cəmiyyətə məlumat verilməlidi idi ki, bu görüşdə nədən danışılıb”.

Eyni sözləri Mübariz Qurbanlı da deyib. Onun sözlərinə görə, Almaniya höküməti Azərbaycana təzyiq etmək üçün daxili siyasi qüvvələrdən istifadə etməyə çalışır. Mübariz Qurbanlı həmçinin Almaniyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini sərt tənqid edib. O, səfirliyin fəqaliyyətini qeyri qənatəbəxş olduğunu qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım