Modern.az

Bitərəf deputat seçkilərdə iştirakdan imtina etdi

Bitərəf deputat seçkilərdə iştirakdan imtina etdi

Parlament

6 Yanvar 2020, 09:30

Beşinci çağırış Milli Məclisin deputatı olan Müslüm Məmmədov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Bu barədə Modern.az-a açıqlamasında Müslüm Məmmədov özü məlumat verib.

 

O, bildirib ki, əvvəl seçkilərdə iştirak etmək qərarını vermək istəsə də, sonradan fikrindən vaz keçib:

 

“Növbədənkənar parlament seçkilərində iştirak etməyəcəm”.

 

Qeyd edək ki, beşinci çağırış Milli Məclisin deputatı olmuş Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilmişdi.

O, heç bir partiyada təmsil olunmur, bitərəfdir.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza