Modern.az

MSK Yavər Camalovun oğlunun namizədliyini ləğv etdi - QƏRAR

MSK Yavər Camalovun oğlunun namizədliyini ləğv etdi - QƏRAR

5 Fevral 2020, 16:39

Mərkəzi Seçki Komissiyası (MSK) 46 saylı Şirvan Seçki Dairəsindən namizədliyini irəli sürən Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə Dairə Seçki Komissiyasınının qərarını ləğv edib. 

 

Modern.az xəbər verir ki, MSK-nın qərarına əsasən, DSK məsələyə yenidən baxacaq. 

 

Bu qərar R. Camalovun ikili vətəndaşlığı ilə bağlı iddialarla əlaqədar qəbul edilib. 

 

MSK hazırda 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayət baxır.

 

Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza