“Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilən seçkilərin yekunu haqqında protokolları hazırlayıb, Konstitusiya Məhkəməsinə təqdim edib. Məhkəmə isə 10 gün müddətində seçkilərin nəticələrini yoxlayıb, təsdiq etməlidir”.
Modern.az xəbər verir ki, bu barədə deputat Tahir Kərimli danışıb. O diqqətə çatdırıb ki, zəruri hallar olarsa, 10 günlük müddət uzadıla bilər, amma hələlik bu gündəmdə deyil:
“Martın 5-nə Konstitusiya Məhkəməsinin üsusi xkonstitusiya icraatı üzrə iclası təyin olunub.
Dairə Seçki Komissiyalarından və Mərkəzi Seçki Komissiyasından narazı olan şəxslərin məhkəmələrə müraciəti də nəticələnməlidir. Konstitusiya Məhkəməsi Apelyasiya və Ali Məhkəmənin qərarlarını toplayıb, əlində cəmləməlidir. Konstitusiya Məhkəməsi bütün 125 seçki dairəsinin hamısında seçkilərin necə keçirilməsini, DSK və MSK-nın addımlarını, məhkəmələrin qərarlarını incələdikdən sonra martın 5-də yekun qərar veriləcək”.
Qeyd edək ki, Tahir Kərimli 1992-1993-cü illərdə Ali Məhkəmənin sədri olub.