Modern.az

Anatoli Rafaelov İsraildə Azərbaycan səfirliyinin açılmasını parlamentdə qaldıracaq

Anatoli Rafaelov İsraildə Azərbaycan səfirliyinin açılmasını parlamentdə qaldıracaq

4 Mart 2020, 15:40

İsrail-Azərbaycan arasında dostluq münasibətləri olsa da, hələ də İsraildə Azərbaycan səfirliyi fəaliyyət göstərmir. Bir neçə dəfə məsələ gündəmə gəlsə də Azərbaycan səfirliyinin açılması mümkün olmayıb.

 

Modern.az saytı məsələyə münasibət öyrənmək üçün Milli Məclisin deputatı Anatoli Rafaelovla əlaqə saxlayıb.

 

O bildirib ki, hazırda bu məsələdə danışmaq tezdir:

 

“Sabah  Konstitusiya Məhkəməsinin iclası olacaq. İclasda  Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə  baxılıb qərar veriləcək. Hesab edirəm ki, indidən mövzu barədə dabışmaq tezdir”.

 

Anatoli Rafaelov onu da əlavə edib ki, deputat kimi fəaliyyətə başladıqdan sonra İsraildə Azərbaycan səfirliyinin açılması məsələsini mütləq diqqətdə saxlayacaq.

 

Qeyd edək ki, İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayından başlayıb. 1993-cü ilin avqustunda isə bu ölkənin Bakıda səfirliyi açılıb. İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama