Modern.az

Sahibə Qafarova Milli Məclisin sədrliyinə namizəd oldu

Sahibə Qafarova Milli Məclisin sədrliyinə namizəd oldu

Parlament

10 Mart 2020, 09:36

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin iclası yekunlaşıb.

 

Modern.az-ın  məlumatına görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna Sahibə Qafarova, sədrin I müavini postuna Əli Hüseynlinin namizədliyi irəli sürülüb. 

 

Xatırladaq ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

 

Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.

 

Mail AĞAXANOV

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu