Modern.az

Oqtay Əsədov: “İstəməyənlərin arzuları gözündə qalacaq”

Oqtay Əsədov: “İstəməyənlərin arzuları gözündə qalacaq”

20 Aprel 2012, 12:39

Milli Məclisin bu gün keçirilən plenar iclasında bəzi deputatlar müxalifət nümayəndələrinin “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində keçirmək istədikləri aksiyalar barədə fikirlər bildiriblər.

Siyavuş Novruzov  “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində aksiyaların təşkil olunmasını pisləyib: “Belə qüvvələr ölkədəki sabitliyi pozmaq istəyirlər”.

MM sədri Oqtay Əsədov isə Azərbaycanda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin uğurla baş tutacağına əminliyini vurğulayıb. 

““Eurovision” elə bir tədbirdir ki, Azərbaycanda da çox uğurla keçəcək. Mən buna əminəm. Lakin təəssüflər olsun ki, bununla bağlı müxtəlif fikirlər mövcuddur. Mən ulu öndər  Heydər Əliyevin sözləri ilə cavab vermək isrtəyirəm ki, istəməyənlərin arzuları gözlərində qalacaq”-deyə Milli Məclis sədri vurğulayıb.

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım