Milli Məclisin bugünkü iclasında cari məsələlərlə bağlı çıxış edən millət vəkili Fuad Muradov Avropa Parlamentinin Azərbaycanla bağlı aprelin 17-də keçirdiyi müzakirələrinə münasibət bildirib. Deputat qeyd edib ki, Avropalı parlamentarilər öz çıxışlaırnda Azərbaycanın mövqeyini müdafiə ediblər.
Daha sonra F.Muradov son zamanlar müxalifət qüvvələrinin keçirdiyi mitinqlərlə bağlı çxıış edərək bildirib ki, mitinqin keçiriləcəyi yerə yenidən baxmaq lazımdır:
“Nədənsə son zamanlar bir çox insanlarda mitinq arzusu yaranıb.Ancaq mitinq keçirməyin də bir mədəniyyəti olmalıdır. Əldə pivə meydanın ortasında mitinq keçirmək olmaz. Bu mitinqlər mənim deputat seçildiyim ərazidə olduğu üçün hesab edirəm ki, mitinq üçün ayrılan əraziyə yenidən baxılmalıdır”.
F.Muradov daha sona “Avroviziya” müsabiqəsi ilə bağlı qeyd edib ki, bu mötəbər tədbiri pozmaq istəyən insanlar istəklərinə çatmayacaqlar.
Millət vəkili bir çox məmurların özlərindən razı şəkildə insanlarla rəftar etdiyini diqqətə çəkərək bildirib ki, bu insalar bilməlidirlər ki, onlar bu vəzifəyə prezident təyin edib.
Modern.az