Modern.az

Fəzail Ağamalı: “Demokratik Müşavirə təklifi əhəmiyyətsiz bir şeydir”

Fəzail Ağamalı: “Demokratik Müşavirə təklifi əhəmiyyətsiz bir şeydir”

21 Aprel 2012, 10:23

Bir neçə gün bundan öncə müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata Ziyalılar Forumu ilə birgə Ümumrespublika Demokratik Müşavirəsi keçirmək haqda qərar qəbul edib. Gözlənilməz qərar bir çox siyasi liderlər tərəfindən bir mənalı qarşılanmadı.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Modern.az-a açıqlamasında İctimai Palatanın Ziyalılar Forumu ilə birgə həyata keçirəcəyi Ümumrespublika müşavirəsinin perspektivsiz olduğunu deyib:

“Mən hər hansı siyasi qüvvənin, siyasi birliyin bu və ya digər şəkildə müzakirələr aparmasının əleyhinə deyiləm. Lakin bu müşavirənin perspektivini mən görmürəm”

Millət vəkili həmçinin onu da bildirib ki, o, bu müşavirədə nə iştirak etməyəcək, nə dəkidəstək olmayacaq.

“Mənim orda nə işim var. Mən Ana Vətən Partiyasının sədriyəm. Mənim öz yolum var. Bu yol partiyanın müəyyənləşdirdiyi yoldur. Bu baxımdan biz bu kimi tədbirlərdə iştirak etmək niyyətində deyilik”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də öz növbəsində Ümumrespublika Demokratik Müşavirəsinin normal hal olduğunu bildirib. Q.Əlibəylinin sözlərinə görə, siyasi partiyaların və təşkilatların belə bir addım atması heç də pis qarşılanmamalıdır.

“İctimai Palata ilə Ziyalılar Forumunun belə bir müşavirə keçirməsinə mən şəxsən normal baxıram. Burda pis heç nə yoxdur. Şəxsən məni dəvət etsələr gedib iştirak edəcəm”-deyə Q.Əlibəyli qeyd edib.

 

Anar RÜSTƏMOV

 

 

                                                   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım