Modern.az

Milli Məclisdə “parta yoldaşlığı” – İqbal Ağazadə ilə heç kim oturmaq istəməyib

Milli Məclisdə “parta yoldaşlığı” – İqbal Ağazadə ilə heç kim oturmaq istəməyib

25 Aprel 2012, 16:54

Milli Məclisin iclas zalında deputatlar iki nəfər yanaşı olmaqla əyləşirlər. Parlamentin elə üzvləri var ki, 10-15 ildən çoxdur yanbayan otururlar, bəzi deputatlat isə 2 ildir “kreslo yoldaşı”dırlar. Milli Məclisdə təkcə oturan millət vəkilləri də var.

Modern.az saytı Milli Məclisin iclas zalında yanaşı əyləşən deputatların “kreslo yoldaşlığı” ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfəki təqdimatda Milli Məclisdə “parta yoldaşı” olmayan İqbal Ağazadədir.  

Maraqlıdır, İqbal bəy o boyda iclas zalında niyə tək əyləşir?

İlk olaraq Milli Məclisdə tək otumağının səbəbini soruşduq. Millət vəkili sualımızı əvvəlcə zarafatyana cavablandırıdı. O, “parta yoldaşı” kimi Nəsib Nəsiblini gözlədiyini dedi:

“Ötən çağırış Milli Məclisdə sabiq deputat Nəsib Nəsibli ilə yanaşı əyləşirdim. Amma  bu dəfəki seçkilərdə Nəsib bəy seçilmədiyindən mən də tək oturmalı oldum.  

Bu sadə bir bölgüdür. Hər kəs münasibəti olan adamla əyləşir. Mən köhnə millət vəkiliyəm. Ona görə də yerimi dəyişmədim. Əyləşmək üçün yanıma adam seçmək də artıq məni işim deyildi. Təzə seçilən deputatlar da özlərinə uyğun adamlarla əyləşməyi uyğun gördülər”.   

Gültəkin  Ələsgər

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım