“Avropa Şurası Parlament Assambuliyasının Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsini baykot çağırışı çox təssüf doğurur. Bu çağırış onun statusuna, mandatına yaraşmayan bir hərəkətdir. Biz Ştrasserdən bu bəyanatı gözləmirdik, ancaq onun bu dedikləri belə deməyə əsas verir ki, bəzi qüvvələr Azərbaycanın inkşafını, uğurlarını görmək istəmir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, son illər aparılan uğurlu siyasət, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması, “Eurovision”da qələbə çalması, ölkənin büdcəsinin ildən-ilə artması, regionda lider dövlətə çevrilməsi bəzi ölkələri narahat edir.
”Ona görə də bəzi qüvvələr çalışırlar ki, Azərbaycana qarşı təziq siyasəti aparsınlar”.
Modern.az