Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, parlamentin növbəti iclası mayın 22-də keçiriləcək. Onun sözlərinə görə, plenar iclasın gündəliyinə 14 məsələ çıxarılacaq ki, bunların əksəriyyəti müəyyən qanunlara dəyişiklərin edilməsi ilə bağlıdır.
““Həbs yerlərində saxlanılan şəxslərin azadlıqlarının təmin edilməsi haqqında” Qanun layihəsi və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılğa qarşı mübarizə haqqında” Qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Bir sıra qanunlar var ki, onlara da müəyən dəyişiklər ediləcək. Məsələn, “Dövlət rüsumu haqqında”, “Prokrorluq haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət müdafiəsi haqqında”, “Konstitusiya məhkəməsi haqqında” qanunlara dəyişiklərin edilməsi nəzərdə tutulub. Bundan əlavə, digər bir neçə də hökümətlərarası sazişlərin təsdiq edilməsi ilə bağlı məsələlər də iclasın gündəliyinə daxil edilib. Bunlar“Azərbaycvan Respublikası höküməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin, “Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin, “Azərbaycan höküməti ilə Xorvatiya höküməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza sənədindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsidir. Eyni zamanda “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci zirvə toplantısının bəyannaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi də gündəliyə daxil edilib”.
Aytən ƏLİYEVA