Modern.az

Oqtay Əsədov özünə köməkçi GÖTÜRDÜ

Oqtay Əsədov özünə köməkçi GÖTÜRDÜ

6 İyul 2020, 10:06

Milli Məclisin sabiq sədri, hazırda deputat olan Oqtay Əsədova köməkçi təyin olunub.

 

Modern.az-ın xəbərinə görə, deputatın yeni köməkçisi Rauf İrzayevdir.

 

Modern.az-ın əməkdaşı Rauf İrzayevlə əlaqə saxladıqda, o, yeni təyin olunduğunu və əlavə açıqlama verməyə tələsmədiyini qeyd edib.

 

Xatırladaq ki, deputatlar özünə köməkçi təyin etsə də, bir neçə gün bundan əvvələ qədər Oqtay Əsədov köməkçisiz idi.

 

Oqtay Əsədov parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?