Modern.az

Prokurorluq deputata qarşı iddianı rədd edib

Prokurorluq deputata qarşı iddianı rədd edib

31 May 2012, 13:14

Gürcüstanın erməni diasporu Azər Süleymanovun 3 il azadlıqdan məhrum edilməsi və deputat mandatının ləğv edilməsini istəyirdi...

Gürcüstan hökuməti azərbaycanlı deputat Azər Süleymanovun həbsini tələb edən iddianı qəbul etməyib. Bu barədə deputat özü Modern.az-a məlumat verib. A.Süleymanov bildirib ki, Gürcüstanın erməni diasporu onun 3 il azadlıqdan məhrum edilməsi və deputat mandatının ləğv edilməsi üçün prokurorluq orqanlarına şikayət edib. Gürcüstan qanunverciliyinə əsasən millət vəkilinin istintaqa cəlb olunması qadağan olduğu üçün prokurorluq şikayət ərizəsini qəbul etməyib.

“Artıq hər şey normaldır. Heç bir problem yoxdur. Erməni diasporu və Ermənistanın Gürcüstandakı səfirliyi haqqımda dəfələrlə şikayətlər etsə də, istəklərinə nail ola bilmədilər. Gürcüstan dövləti onların qaldırdıqları iyrənc iddianı rədd etdi. Hətta onlar mənim 3 il həbs olunmamı və deputatlıqdan çıxarılmamı da tələb edirdilər. Lakin yenə haqq-ədalət mənim tərəfimdə oldu. Onlar mənə heç nə edə bilmədilər”-deyə A.Süleymanov vurğulayıb.

Qeyd edək ki, aprelin 23-də parlamentin iclasında qondarma “erməni soyqrımı”ndan danışan deputat C.Boqaturiya parlamentin bu “soyqırımı”nı tanımaq barədə müzakirələr aparmasını təklif edib. Bu zaman azərbaycanlı deputat A.Süleymanov etiraz edib və deputatlar arasında böyük mübahisə yaranıb. Erməni əsilli deputatın bu təklifi Gürcüstanda yaşayan azərbaycanlıların da etirazına səbəb olub.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım