Modern.az

Milli Məclis iyunun 12-də eks-prezidentlərə dair sənədi təsdiqləyəcək

Milli Məclis iyunun 12-də eks-prezidentlərə dair sənədi təsdiqləyəcək

4 İyun 2012, 10:48


Modern.az saytı xəbər verir ki, iyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək və eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi sonuncu dəfə müzakirəyə çıxarılacaq.

Bu barədə saytımıza Milli Məclisdən məlumat verilib. Bildirilib ki, iclasda “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsinin təsdiqlənəcəyi gözlənilir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, parlamentin növbədənkənar sessiyasının iyunun 12-də keçiriləcək ilk iclasının gündəliyinə 10 məsələ daxil edilib:

““Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu ikinci səsverməyə çıxarılacaq. Bundan əlavə, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna, “İstehsalat və məişət tullantıları haqqında” Qanuna,  İnzibati Xətalar Məcəlləsi,  Vergi Məcəlləsi, “Kommersiya sirri haqqında” Qanuna və “İnformasiya əldə etmək haqqında” Qanuna dəyişiklər nəzərdə tutulub. Bu qanunların hər biri komitələrdə də müzakirə edilib. Eyni zamanda Şəhərsalma və Tikinti Məcəlləsnini ikinci oxunuşa çıxarılması da bu məsələlər sırasındadır”.
Qeyd edək ki, Milli Məclis “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsini qəbul edəndən sonra, sənəd təsdiq edilməsi üçün dövlət başçsına göndəriləcək. Qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.
Keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım