Modern.az

Milli Məclisdə “parta yoldaşlığı”- Aytən Mustafayeva və Aydın Mirzəzadə

Milli Məclisdə “parta yoldaşlığı”- Aytən Mustafayeva və Aydın Mirzəzadə

Parlament

11 İyun 2012, 09:34

Millət vəkili statusu qazandıqdan sonra növbəti addım “parta yoldaşlığı”nın seçilməsi olur. Bu yoldaşlığın seçilməsində hərdən uzunmüddətli dostluq köməyə gəlirsə, hərdən də bu tanışlıq elə Milli Məclisin zalındaca baş tutur. Modern.az-ın bu dəfəki təqdimatında “parta yoldaşları” əks cinsin nümayəndələri Aydın Mirzəzadə və Aytən Mustafayevadır.

Maraqlıdır, bu yoldaşlığın tarixi necə başlayır?

“Parta yoldaşları” heç də təsadüfən Milli Məclis zalında yanaşı oturmayıblar. Uzun müddət ailəvi dostluq edən deputatlar bir-biri ilə əvvəldən tanış olublar.

Millət vəkili Aydın Mirzəzadə “parta yoldaşı”nın həyat yoldaşı Rövşən Mustafayevlə 1997-ci ildə tanış olduğunu deyir:
“Onun buraxdığı jurnallara məqalələr verirdim. Oradan bizim dostluğumuz başladı. Hətta bir neçə dəfə ailəvi gediş-gəlişimiz olub.  Aytən xanımı da beləcə tanımışam. Rövşənin vəfatına kimi bizim dostluğumuz davam etdi. Onların bir yerdə işləməsi cəmiyyətdə də gözəl bir nümumə yaradırdı. Rövşən Mustafayevin vəfatından sonra eşitdim ki, onun vəzifəsinə həyat yoldaşını təyin ediblər. Mən də onun institutda keçirdiyi tədbirlərdə iştirak etdim. Sonra Aytən xanım bildirdi ki, namizədliyini irəli sürəcək. Mən də ona uğurlar arzuladım və onun seçiləcəyinə inandığımı bildirdim. Çünki o cəmiyyət məsələləri ilə bağlı daim fikirlər irəli sürürdü. O bir ziyalı kimi Azərbaycan inkişafına dair öz fikirlərini, mövqeyini bildirirdi. Hesab edirdim ki, onun baxışları, insanlarla davranışı ona uğur gətirəcək”.

Sonradan Milli Məclis formalaşanda mənə geniş bir əlaqə, təklif olmadan ailəsini tanıdığıma görə aytən xanımla yanaşı əyləşmək qərarına gəldim. Hazırda Aytən xanımın fəaliyyətini yüksək qiymətləndirirəm. O, insan haqları sahəsində çox məshuldar işləyir. Azərbaycanı beynəlxalq tədbirlərdə layiqincə təqdim edir. Mənim üçün Rövşən Mustafayevin həyat yoldaşı ilə yanaşı əyləşmək mənim üçün şərəfdir. Demək olar ki, bizim bir masa arxasında əyləşməyimiz uzun müddət dostluğunmuzum nəticəsi hesab etmək olar.  

“Parta yoldaşı” haqqında Aytən Musatafayevadan da münasibət öyrənməyə çalışdıq. İki-üç gün müddətində millət vəkili ilə əlaqə yaratmağa çalışsaq da Aytən Mustafayeva “parta yoldaşı” haqqında heç nə demək istəmədi.

Gültəkin ƏLƏSGƏR  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?