“Milli Məclisin spikeri Sahibə Qafarova “uşaqpulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupunun yaradılması barədə göstəriş verməsi xəbəri əsassızdır”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib.
Onun sözlərinə görə, deputat Tahir Kərimliyə istinadən yayılan xəbərlər reallığı əks etdirmir və həqiqətə uyğun deyil.
Xatırladaq ki, deputat Tahir Kərimli Milli Məclisin payız sessiyasında “uşaqpulu” ilə bağlı məsələnin müzakirə olunacağını açıqlamışdı.