Modern.az

İntizam komissiyası deputatın fəaliyyətin belə araşdıracaq 

İntizam komissiyası deputatın fəaliyyətin belə araşdıracaq 

16 Sentyabr 2020, 13:25

Barəsində araşdırma aparılan deputatın vəzifələri məlum olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi hazırlanıb.

 

Qeyd edilib ki, barəsində araşdırma aparılan deputatın vəzifələri aşağıdakılardır:

 

- İntizam komissiyasının çağırışı ilə gəlmək; - İntizam komissiyasının üzvlərinin suallarını cavablandırmaq;

 

- Müvafiq sahədə “Milli Məclisin deputatının statusu haqqında”, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər vəzifələri yerinə yetirmək;

 

- Barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır;

 

- Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi