Modern.az

Milli Məclis son iclasda 34 məsələni müzakirəyə çıxarır

Milli Məclis son iclasda 34 məsələni müzakirəyə çıxarır

25 İyun 2012, 11:16

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 29-da keçiriləcək son iclasının gündəliyi bəlli olub.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, gündəliyə 34 məsələ daxil edilib.

“Son iclasda bir neçə qanunlara, məsələn, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət Prosesual Məccələsi, “İctimai televiziya və radio yayımı haqqında” qanuna və s. dəyişiklər nəzərdə tutulub. Eyni zamanda bir neçə apellyasiya məhkəmələrinin hakimlərinin təyin olunması-Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimi, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi olacaq”.

A.Təvəkküloğlu müzakirəyə çıxarılacaq məsələlər sırasına Qırğızıstan, Bolqarıstan, Makedoniya, Hindistan, Ukrayna ilə hökumətlərarası sazişlərin, bəyanatların və digər sənədlərin təsdiqinin də daxil edildiyini vurğulayıb.

“İclasda Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuşa çıxarılacaq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım