Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilir. Modern.az xəbər verir ki, parlamentdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki Apelyasiya məhkəmlərinin hakimlərinin təyin olunması haqqında sənəd müzakirəyə çıxarılıb.
Milli Məclis bu sənədi təsdiqləyib. Quliyev Vüqar Kərim oğlu Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin olunub. Bədəlov Kəmaləddin Nürəddin oğlu, Əliyev Toğrul Məhəmməd oğlu, Hüseynov İlqar Kamil oğlu, Xəlilov İsmayıl Kamil oğlu, Qurbanov Raqib Ələddin oğlu, Məmmədov Vidadi Məmməd oğlu, Mustafayev Nürəddin Yusif oğlu, Vəliyeva Elşanə Rafiq qızı, Yusifov Cahangir Afər oğlu Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin olunublar.
Daha sonra Gəncə Apelyasiya Məhkəməsinin hakiminin təyin olunması haqqında sənəd təsdiq olunub. Rzaquliyev Şamil Qəhrəman oğlu Gəncənin Apelyasiya məhkəməsinin hakimi təyin olunub
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimlərinin təyin olunması haqqında sənəd də təsdiqlənib. Cəfər Vidadi Cəfər oğlu, Quliyev Osman Telman oğlu Sumqayıta təyinat alıblar.
Alahverdiyev Məhərrəm Ələkbər oğlu, Camalov Etibar Əli oğlu, Heydərov Tofiq Xudayar oğlu, Mirzəyev Nüsrət Fətulla oğlu Şirvan Apelyasiya Məhkəməsinin hakimləri təyin olunublar.
Hüseynov Elçin Şirin oğlu, Qasımov Vidadi Kamal oğlu, Xəlilov Hümbət Qamona oğlu Şəki Apelyasiya Məhkəməsinin hakimləri təyin olunublar.
Modern.az