Modern.az

Milli Məclis iki deputatı rəhbər təyin etdi

Milli Məclis iki deputatı rəhbər təyin etdi

29 İyun 2012, 12:57

Milli Məclisin bu gün keçirilən sonuncu növbədənkənar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

Müzakirlər zamanı sözü gedən sənədlə bağlı bir sıra dəyişikliklərin edilməsi qərara alınıb. Spiker Oqtay Əsədov bildirib ki, qanun layihəsinə əsasən, Azərbaycan-Koreya parlamentlərarası işçi qrupu yaradılır. İşçi qrupuna deputat Malik Həsənov rəhbərlik edəcək.
Spikerin sözlərinə görə, bundan başqa Azərbaycan Kolumbiya parlamentlərarası işçi qrupu yaradılıb. Bu qrupa isə Xanlar Fətiyev rəhbərlik edəcək.

O.Əsədov bildirib ki, Koreya deyəndə Cənubu Koreya Respublikası nəzərdə tutulur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım