B.Muradova bildirib ki, parlamentin iclaslarından 11-i yaz sessiyasının dövrünə düşüb. Vitse-spikerin sözlərinə görə, növbədənkənar sessiya dövründə isə parlamentin 2 iclası keçirilib. Sessiyalar ərzində komitələrin 68 iclası keçirilib, 157 qanun və 8 qərar layihəsinə baxılıb. Bütövlükdə komitələrdə 184 məsələ müzakirə edilib.
Həmçinin qeyd edilib ki, ötən dövrdə Milli Məclisin təşkilatçılığı ilə Bakıda Avronest Parlament Assambleyasının sessiyası keçirilib, parlamentdə dünyanın 70 ölkəsi ilə parlamentlərarası dostluq qrupları yaradılıb.
Hesabatda vurğulanıb ki, Milli Məclisə vətəndaşlardan 2312 təklif, ərizə və şikayət daxil olub, 2201 vətəndaş qəbul edilib. Bildirilib ki, bu dövr ərzində Milli Məclisdə 58 KİV akkreditə olunub. Parlamentin iclaslarını 14 televiziya və radio, 30 qəzet və 14 agentlik işıqlandırıb.
Modern.az