Modern.az

Azərbaycanda siyasi partiyalar gələn ildən dövlət maliyyəsi alacaq

Azərbaycanda siyasi partiyalar gələn ildən dövlət maliyyəsi alacaq

Parlament

17 İyul 2012, 13:25

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi gələn ildən mümkün olacaq. O, bunu 2012-ci ilin büdcəsində partiyaların maliyyələşdirilməsi üçün vəsaitin nəzərdə tutulmaması ilə əlaqələndirib.

Buna görə də “Siyasi partiyalar haqqında” qanuna edilmiş dəyişikliklərin icrası gələn ildən həyata keçiriləcək

 “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərə görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Modern.az.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım