Vitse-spiker Bahar Muradovadan açıqlama
“Azərbaycanlı iki şairin İranda həbs olunması hamı kimi millət vəkillərini də narahat edir”. Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
Modern.az xəbər verir ki, vitse-spiker Azərbaycanın XİN-nin bu sahədəki mövqeyini dəstəklədiyini bildirib: “Hüquq-mühafizə orqanları da öz təmasları ilə hansısa nəticə əldə edə bilərlər. Lakin İran tərəfi bu məsələdə o qədər də yaxınlıq göstərmir. Parlamentin İranla dostluq qrupu da bu işdə öz fəaliyyətlərini davam etdirir. Belə düşünürəm ki, din xadimləri də bu məsələyə hər hansı təsir göstərə bilər. Hər bir halda Milli Məclis tərəfindən bu məsələ ilə bağlı təmas var”.
Anar Kəlbiyev