Modern.az tanınmış simalarla yeni layihəyə başlayır
Bu gündən etibarən cəmiyyətin üzdə olan şəxsləri Modern.az-ın testindən keçəcək. Belə ki, onlar 5 dəqiqə ərzində 10 sualı cavablandırmalıdırlar.
Çalışacağıq suallar çətin olmasın...
İlk testdən keçən isə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə oldu.
1. Koroğlunun əsl adı nə idi? (Doğru cavab: Rövşən)
– Rövşən.
2. Mendeleyev öz məşhur cədvəlini ilk dəfə harada görüb? (Doğru cavab: yuxuda)
– Bilmirəm.
3. ABŞ-ın ilk paytaxtı hansı şəhərdir? (Doğru cavab: Filadelfiya)
–Nyu-York.
4. M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərindəki Məstəli şah hansı ölkənin hökmdarıdır? (Doğru cavab: dərviş)
– Heç bir ölkənin, dərvişdir.
5. Quranın hansı surəsi “Bismillah” ayəsi olmadan oxunur? (Doğru cavab: “Tövbə”)
– “İxlas” surəsi.
6. Latın qrafikalı Azərbaycan əlifbasının sonuncu hərfi hansıdır? (Doğru cavab: Z)
– Sonuncu hərf “Z”-dir.
7. Tanınmış aktyor Hacı İsmayılovun ifa etdiyi Mustafa müəllim obrazı Türkiyəyə hansı iki məqsəd üçün getmişdi? (Doğru cavab: həm ziyarət, həm ticarət)
– Həm ziyarət, həm ticarət.
8. İran ordusu ilə döyüşmüş spartalıların sayı nə qədər idi? (Doğru cavab: 300)
– 300 spartalı.
9. “Cinayət və cəza” məcəllə, qanun, yoxsa başqa nədir? (Doğru cavab: roman)
– Əsərdir.
10. ABŞ-ın Buş soyadlı neçə prezidenti olub? (Doğru cavab: 2)
– İki. Corc Buş və oğul Buş.
Deputat İ. Ağazadə 10 sualdan 7-nə doğru cavab verərək, 10 ballıq sistemlə 7 bal alıb.
Testdən keçirdi: Sevinc İltifatqızı
P.S. Sonda millət vəkili lətifə danışdı və həmin lətifəni oxuculara təqdim edirik:
Bir gün uşaq məktəbdən gəlir və atasına sual verir ki, ata bioloji nədir?
Ata deyir: – Bioloji zoolojidir.
– Bəs, Zooloji nədir?
– Zooloji politolojidir.
– Politoloji nədir?
Arvad görür ki, kişi sualların hamısına tərs cavab verir. Deyir ki, ay uşaq, atanı yorma. Atası da deyir:
– Ay arvad, qoy uşaq sual versin, məndən öyrənməyib kimdən öyrənəcək?