Modern.az

DEPUTAT: \"AŞPA-da Qarabağ mövzusunu gündəmə gətirməkdə maraqlı deyildik\"

DEPUTAT: \

31 Yanvar 2021, 11:11

Deputatlarımız ilk dəfə olaraq AŞPA-dan qürurla vətənə dönüblər Yanvarın 27-də Strasburqda işinə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası yanvarın 30-da başa çatıb.

 

 

Modern.az xəbər verir ki, Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyəti dünən Azərbaycana geri dönüb. Nümayəndə heyətinin üzvü Sabir Hacıyev saytımıza açıqlamasında bu dəfəki sessiyanın Azərbaycan üçün fərqli olduğunu bildirib: “Pandemiya səbəbindən bir il idi ki, AŞPA-nın iclasları onlayn keçirilirdi.

 

 

Sonuncu dəfə 2020-ci ilin qış sessiyasında iclasa heyət olaraq qatılmışdıq. 2021- ilin ilk yaz sessiyasında yenidən heyət olaraq bir ildən sonra iclaslarda iştirak etdik. Eyni zamanda, AŞPA-nın ilk ərzində keçirilən 4 sessiyasına gərgin əhvalda qatılırdıq. Hər iclasda mütləq Dağlıq Qarabağ mövzusuna toxunurduq.

 

Bu dəfə isə fərqli oldu. Artıq Dağlıq Qarabağ işğaldan azad edilib. Biz nümayəndə heyəti olaraq Qarabağ mövzusunu gündəmə gətirməkdə maraqlı deyildik. Çünki düşməni məğlub edib torpaqlarımızı işğaldan azad etmişik. Bu dəfə AŞPA-da hər birimiz qürurlu idik. Hər kəsin gözünə dik baxırdıq. İlk dəfə olaraq qalib dövlət kimi iclasa qatılmışdıq. Ona görə də AŞPA-nın qış sessiyasından qürurla ölkəmizə geri döndük”.

 

 

Qeyd edək ki, AŞPA-nın qış sessiyası bu gün başa çatır.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi