Deputat Erkin Qədirli də parlametin yaz sessiyasının bu gün keçirilənda ilk iclasında Tarif Şurasının qərarından danışıb.
Modern.az-ın məlumatına görə, o bildirib ki, Tarif Şurası parlamentdənkənar büdcəyə müdaxilə edən qurumdur:
“Tarif Şurasının üzvləri nazir müavinləridir. Onlar da siyasi məsuliyyət daşımır. Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentdən icazəsiz olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”.