Cəmiyyətin tanınmış şəxsləri, eləcə də bir neçə deputat var ki, sosial şəbəkələrdə aktiv iştirak edirlər. Bu şəxslərdən biri də Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimlidir.
O, demək olar ki, hər vaxt Facebook sosial şəbəkəsində aktiv olur.
Deputat Facebook-dakı fəaliyyəti barədə
Modern.az-a danışıb:
“Mən intensiv şəkildə iki kitab üzərində işləyirəm. Eyni zamanda müsahibələr verirəm. Amma sərbəst işləmək üçün telefonlarım çox vaxt bağlı olur. Amma Facebook xətti açıq olur ki. müraciət etmək istəyənlər maneəsiz müraciət edə bilsinlər. Mənim kompüterimin ekranında Facebook görünmür”.
Deputat sosial şəbəkədəki dostları arasında media mənsubları və iqtisadçı həmkarlarımın çoxluq təşkil etdiyini söyləyib. “Bundan əlavə mənim Facebook-dakı ailəvi dostlarım, hərəkat dövründən olan dostlarım, mənimlə əməkdaşlıq etmək istəyən dostlarım da var”.
Ə. Məsimli bildirib ki, sosial şəbəkədə aktiv olmağı heç də fəaliyyətinə narahatlıq yaratmır.
“Mən kitab üzərində işləyəndə, kiminsə sualına cavab da yazıram, salamın alıram. Eyni zamanda bir neçə iş görməyə çoxdan adət etdiyimdən, çətinlik yaratmır. Ürəyimdən olmayan yazışmalar istisna olmaqla”.
Qeyd edək ki, deputatın Facebook-dakı dostlarının sayı 1353 nəfərdir.
Sevinc İltifatqızı