Modern.az saytı xəbər verir ki, avqustun 30-da Azərbaycan Milli Məclisi üzvlərinin yay məzuniyyəti sona çatıb. Bu barədə qanunverici orqanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin Daxili Nizamnaməsinə müvafiq olaraq, iyul ayının 15-dən etibardən rəsmi şəkildə tətilə yollanan deputatların yay istirahəti avqustun 30-da yekunlaşıb.
Bu gün yay istirahətindən qayıdan millət vəkilləri sabahdan aktiv iş fəaliyyətinə başlayacaqlar.