Modern.az

Deputat Ramil Səfərovun azadlığına görə Prezidentə təşəkkür etdi

Deputat Ramil Səfərovun azadlığına görə Prezidentə təşəkkür etdi

31 Avqust 2012, 15:34

Ramil Səfərovun hüquqlarının müdafiəsinin koordinatoru, millət vəkili Azay Quliyev zabitimizin azad edilməsində yalnız və yalnız Azərbaycan Respublikası Prezidentinin əməyi olduğunu qeyd edib.
Deputat Modern.az saytına açıqlamasında bildirib ki, onun adından və bütün Ramil sevənlər adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edir.

”Ramil Səfərov həbs olunandan bu günə qədər Azərbaycan Prezidenti bütün strukturlara göstəriş verib.  Onun azad olunması üçün mümkün olan bütün işlər görüldü. Ona görə də  bu, yalnız Azərbaycan Prezidentinin adına yazılmalıdır. Bu, bir  daha göstərir ki, Azərbaycan Prezidenti  hər bir vətəndaşın, dövlətinin qayğısına qalır. Prezidentimizin rəhbərliyi ilə Qarabağ da tezliklə azad olunacaq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım