Modern.az

Millət vəkillərinin qəbul günləri açıqlandı

Millət vəkillərinin qəbul günləri açıqlandı

3 Sentyabr 2012, 11:31

 

Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2012-ci ilin sentyabr ayında vətəndaşların qəbulu başlayıb. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, deputatların qəbul günləri artıq məlumdur.

Milli Məclisin sədrinin birinci müavini - Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun qəbulu sentyabrın 24-dən başlayacaq.

Milli Məclisin sədrinin müavini  Bahar Muradovanın isə qəbul günləri sentyabrın 17-dən başlayacaq. Parlamentin digər üzvləri  Valeh Ələsgərovun qəbulu ayın 28-dən, Əli Hüseynlinin vətəndaşlarla qəbulu sentyabrın 19-dan başlayacaq. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin qəbuluna cari ayın 20-dən düşmək mümkün olacaq.

Millət vəkili Eldar İbrahimovun qəbulu sentyabrın 18-dən, Hadi Rəcəblinin qəbulu ayın 26-dan başlayacaq.

Qeyd edilib ki, vətəndaşlar Azərbaycan Respublikası Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsində qəbul olunurlar. Qəbula yazılma vaxtı: saat 9.00-dan 18.00-dək, qəbul vaxtı isə saat 14.00-dan başlayacaq. Bildirilib ki, Qəbul günü qəbula yazılma saat 12.00-da dayandırılır.     

 

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım