Modern.az

“Azərbaycan Prezidenti əfv sərəncamı ilə Macarıstan Məhkəməsinin səhvini də aradan qaldırdı” - MÜSAHİBƏ

“Azərbaycan Prezidenti əfv sərəncamı ilə Macarıstan Məhkəməsinin səhvini də aradan qaldırdı” - MÜSAHİBƏ

4 Sentyabr 2012, 21:29

Modern.az saytı son günlərin ən çox müzakirə olunan məsələsinə - Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və Prezident İlham Əliyev tərəfindən əfv edilməsinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidən münasibət öyrənib.

- Əli müəllim, Ramil Səfərovun ekstradisiyası və əfv olunması həm milli, həm də beynəlxalq mətbuatın, eyni zamanda beynəlxalq təşkilatların gündəmində ciddi müzakirə predmetinə çevrilib. Bu məsələyə sizin də münasibətinizi bilmək istərdik.

- Belə rezonansın yaranması gözlənilən idi. Çünki Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir və Dağlıq Qarabağ konflikti həmişə diqqət mərkəzindədir. Səs-küyün əsas səbəbkarı erməni lobbisidir. Amma “arxadan atılan daş topuğa dəyər” atalar misalı yerinə düşür.

- Ekstradisiya və əfvin beynəlxaq və milli qanunvericiliyə uyğun həyata keçirilməsi ilə bağlı da fərqli fikirlər mövcuddur.

- Bununla bağlı artıq Azərbaycan rəsmilərinin əsaslandırılmış mövqeləri məlumdur. Mən onu deyə bilərəm ki, Ramil Səfərovun ekstradisiyası ekstradisiya ilə bağlı qoşulduğumuz beynəlxalq və ikitərfli sənədlərə tam uyğun həyata keçirilib.
O ki qaldı onun əfv məsələsinə, bu,  Azərbaycan Respublikası Prezidentinin Konstitusiyada nəzərdə tutulan müstəsna səlahiyyətidir. Haqqında qanuni həbs cəzası qüvvəyə minmiş istənilən məhkum, istənilən vaxt Prezident tərəfindən əfv oluna bilər. Əslində Ramil Səfərov törətdiyi hadisənin müqabilində ona həddindən artıq ağır cəza təyin olunmuşdu. Ona maksimum 13-14 il cəza təyin olunmalı idi. Hadisənin motivi, Ramili bu hadisəni törətməyə sövq edən hallar düzgün qiymətləndirilməmiş və ona qeyri-adekvat cəza verilmişdi. O zaman buna erməni lobbisinin də fəaliyyəti öz təsirini göstərmişdi.
Əslində, Azərbaycan Respublikasının Prezident əfv sərəncamı ilə Macarıstan Məhkəməsinin səhvini də aradan qaldırmış oldu.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım