Modern.az

Deputat köməkçiləri maaşların qaldırılmasını istəyirlər, deputatlar isə ikinci köməkçi

Deputat köməkçiləri maaşların qaldırılmasını istəyirlər, deputatlar isə ikinci köməkçi

6 Sentyabr 2012, 15:54


Milli Məclisin deputatlarının köməkçiləri aylıq maaşlarının qaldırılmasını istəyirlər. Amma onlar bu barədə öz adları ilə danışmaqdan ehtiyatlanırlar.
Deputat köməkçisi vəzifəsi 2007-cı ilin fevralında yaradılıb. Bu vəzifədə çalışanların aylıq maaşı seçicilərlə görüşlərə getməyə, seçki dairəsini gəzməyə və s. məsələlərə bəs etmir. Bunu deputat köməkçiləri hər zaman vurğulayırlar.

”Hesab edirəm  edirəm ki, deputat köməkçilərinə verilən 670 (deputat köməkçilərinin maaşı bundan çox aşağıdır-red) manat az maaş deyil”.

Bu sözləri isə Modern.az saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. Deputat bildirib ki, əgər gələcəkdə millət vəkillərinin əmək haqları qaldırılacaqsa, yəqin ki, deputat köməkçilərinin maaş məsələsinə də baxılacaq.

”Amma indiki vaxtda 670 manatlıq əmək haqqı ilə iş tapmaq olduqca çətindi. Çox insanlar arzu edirlər ki, belə bir iş tapsınlar. Bu baxımdan mən hesab edirəm ki, deputat köməkçilərinin hazırkı maaşı normaldı. Amma hər halda dövlətin büdcəsi imkan verərsə. təbii ki, hər bir kəs əmək haqqının qaldırılmasını arzu edir. O cümlədən mən də istəyirəm ki,  gələcəkdə millət vəkillərinin əmək haqqı  məsələsinə baxılanda, köməkçilərin də məvacib məsələsinə baxılsın”.

Çingiz Qənizadə deputatların ikinci köməkçi istəmələrilə bağlı məsələyə toxunaraq, bildirib ki, millət vəkili üçün bir köməkçinin olması çox azdı. Onun fikrincə, Bakıda – parlametdə deputatın yaxınlığında mütləq köməkçi olmalıdı.
”Ərizə şikayətlər daxil olur, biz olmayanda telefona cavab verən şəxs lazımdır ki, ən azı seçicilərə harda olmağımızı, nə vaxt onları qəbul edəcəyimizi bildirsinlər, yazışmaları təşkil etsinlər, kargüzarlıq işinə baxsınlar, lazım gələndə bizi əvəzliyib seçicilərlə görüşüb onların ərizə və şikayətlərini qəbul etsinlər. Bu baxımdan mən belə  hesab edirəm ki,  xüsusilə kənd rayonlarından seçilən millət vəkilləri üçün köməkçilərdən biri dairənin özündə digərinin isə Bakıda fəaliyyət göstərməsi olduqca məqbul olardı. Bu da millət vəkilinin iş yükünün azalmasına gətirib çıxarardı”.

Deputat onu da bildirib ki, millət vəkillərin problemlərini Milli Məclisin rəhbərliyi də görür və lazım olan məsələlərə müdaxilə edir.

Ç.Qənizadə deyib ki, gələcəkdə  imkan olarsa,  ikinci köməkçi məsələsinin həllini istəyir.


Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım