Modern.az

Köhnə və yeni demokratiyalar – Şərqlə Qərb harada görüşür...

Köhnə və yeni demokratiyalar – Şərqlə Qərb harada görüşür...

10 Sentyabr 2012, 10:11

Asim Mollazadə müzakirələrə qatılacaq

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə «Postsovet məkanında demokratiya – 20 il sonra» mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Praqaya gedib. 
Çexiya Senatının prezidenti Milan Ştexin rəhbərliyi ilə keçiriləcək konfransda «Köhnə və yeni demokratiyalar – Şərqlə Qərb harada görüşür?», «İnqilablar. Onların səbəbləri, rəngləri və nəticələri», «Söz və mətbuat azadlığı – demokratiyanın fundamental əsasları», «Məhkəmənin (və /və ya hakimlərin) müstəqilliyi və güc strukturlarının qeyri-siyasiləşdirilməsi (depolitizasiyası)», «Güclü orta sinfin olmadığı ölkələrdə demokratiya mövcud ola bilərmi?» mövzuları müzakirə ediləcək.

Asim Mollazadə konfransda çıxış edəcək və mövzularla bağlı müzakirələrə qatılacaq.
Konfransda Çexiya prezidenti Vatslav Klaus,  Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Litvanın prezidenti xanım Dalya Qribauskayte, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər nüfuzlu dövlət, hökumət və parlament nümayəndələri, aparıcı beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər iştirak edəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım