Modern.az

Fuad Muradov: “Bəzi ölkələrin parlamentariləri erməni terrorundan qorxurlar”

Fuad Muradov: “Bəzi ölkələrin parlamentariləri erməni terrorundan qorxurlar”

12 Sentyabr 2012, 16:45

Ramil Səfərovun Macaristan tərəfindən Azərbaycana təhvil verilməsi və onun Azərbaycan Prezidenti tərəfindən əfv olunması hələ də bır sıra beynəlxalq təşkilatların və ölkələrin gündəmindən düşmür.

Hətta bəzi beynəlxalq təşkilatlar bir qədər də qabağa gedərək bu məsələni sanki dünyanın faciəsi kimi qələmə verməyə çalışırlar.

Modern.az saytının məlumatına görə, bəzi beynəlxalq qurumlar bununla bağlı sənəd də qəbul etməyə hazırlaşırlar.

Bəs, bütün bunlar Azərbaycan üçün nə vəd edir? Bu qüvvələrin belə canfəşanlığına səbəb nədir?

Məsələ ilə bağlı Milli Məclisin AVRONEST-də enerji komitəsinin həmsədri Fuad Muradovun fikirlərini öyəndik.

Deputat bildirdi ki, ayrı-ayrı beynəlxalq qurumların bu barədə Azərbaycanın əleyhinə sənəd qəbul edəcəyi təəccüblü deyil: “Ramil Səfərovun Macarıstandan Azərbaycana təhvil verilməsi beynəlxalq qanunlara uyğundur. Avropa ölkələrinin qoşulduğu bütün konvensiyalara uyğundur.

Buna baxmayaraq beynəlxalq qurumların bu məsələ ilə bağlı müxtəlif mövqeyi ola bilər”.

Beynəlxalq təşkilatların bu şəkildə mövqe sərgiləməsinin  gəlincə, deputat deyib ki, bunun bir neçə səbəbi ola bilər: “İndi ermənilərin terror təşkilatları bu məsələ ilə bağlı az qala dünyanı terrorla təhdid edir. Göürünür bəzi qüvvələr terror təhdidindən qorxaraq belə addım atmaq niyyəti güdürlər. Eyni zamanda bəzi beynəlxaq qurumların Macarıstana qeyri adekvat münasibət niyyəti də ola bilər ki, həmin qüvvələr bundan bəhanə kimi istifadə edirlər. Burada aparıcı xətlərdən biri də erməni diasporu ilə bağlıdır. Beynəlxalq etiket qaydalarına və diplomatiyaya zidd olan üsullarla erməni lobbisinin bəzi qüvvələri ələ alması halları da mövcuddur. Xüsusi olaraq Azərbaycanın müstəqil siyasət yeritməsi hansısa qüvvələri rahatsız edir. Əminəm ki, söylədiyim dörd arqument bu məsələnin gndəmdə saxlanmasının əsas səbəblərindəndir”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım