Modern.az

Hansı dövlət qurumları deputat sorğusuna cavab vermir?-FAZİL MUSTAFA

Hansı dövlət qurumları deputat sorğusuna cavab vermir?-FAZİL MUSTAFA

21 Sentyabr 2012, 12:26
Milli Məclisin plenar iclaslarında deputatlar dəfələrlə ayrı-ayrı dövlət qurumlarından gileylərini bildiriblər. Onlar bir sıra dövlət qurum rəhbərlərinin deputatların rəsmi sorğularına belə cavab vermədiklərini qeyd ediblər. Millət vəkilləri bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq heç bir nəticə əldə edə bilmirlər.

Bunu nəzərə alaraq Modern.az deputatlardan hansı dövlət qurumlarından onların sorğularına cavab vermədiklərini öyrənməyə çalışıb.   Deputat Fazil Mustafa Modern.az-a açıqlamasında qeyd edib ki, şəxsən onun sorğularına elə bir hal olmayıb ki, cavab verilməsin.

“Demək olar ki, hansı quruma müraciət etmişəmsə həmin qurumlardan ya nazir, ya nazirin müavini səviyyəsində, təsadüf hallarda o sahəyə aid idarə rəisləri səviyyəsində cavab almışam. Ona görə də belə bir məsələ ilə rastlaşmamışam”.  
F. Mustafa şikayətlərin daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı olduğunu vurğulayıb.
“Amma Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və başqa qurumlarla da bağlı şikayətlər əsasında bu rəsmi orqanlarla əlaqə qururam”.  

Aytən Əliyeva  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım