Milli Məclisin payız sessiyası ərzində deputatlar 16 məsələni müzakirə edəcəklər. Modern.az-ın məlumatına görə, parlamentin payız sessiyasının gündəliyinə bir sıra mühüm qanun layihələri salınıb.
Modern.az payız sessiyasında müzakirə olunacaq qanun layihələrini təqdim edir:
Qanunvericilik subyektləri tərəfindən Milli Məclisə daxil olunan sənədlər;
Dövlət büdcəsi zərfi;
“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi;
“Təhsil krediti haqqında” qanun layihəsi;
“Elm siyasəti haqqında” qanun layihəsi;
“Ali təhsil haqqında” qanun layihəsi;
“Ətraf mühitə təsirin dəyişilməsi haqqında” qanun layihəsi;
“Kənd təsərrüfatı informasiya mühiti haqqında” qanun layihəsi;
“Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi;
İnzibati ərazi bölgüsünə aid dəyişikliklərlə bağlı qanun layihəsi;
Reproduktiv sağlamlıq və ailə planlaşması ilə bağlı qanun layihəsi;
“Mədəniyyət haqqında” qanun layihəsi;
digər bir sıra qanunvericiliyə dəyişikliklərlə bağlı qanun layihələri...
Modern.az