Modern.az

Bahar Muradova da məlum videoqalmaqala münasibət bildirdi

Bahar Muradova da məlum videoqalmaqala münasibət bildirdi

27 Sentyabr 2012, 09:54

Modern.az xəbər verir ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova deputat Gülər Əhmədova ilə ABU-nun keçmiş rektoru Elşad Abdullayev arasında yaranan videoqalmaqala münasibət bildirib.

B.Muradova indiki durumda bu haqda danışmağın düzgün olmadığını qeyd edib.

“Mən hesab edirəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlar öz rəylərini, fikirlərini bildirəndən sonra hansısa şərh vermək olar. Bundan artıq hələ ki heç nə deyə bilmərəm”, - deyə B.Muradova vurğulayıb.

Qeyd edək ki, bağlanmış Azərbaycan Beynəlxalq Unuversitetinin keçmiş rektoru Elşad Abdullayev millət vəkili Gülər Əhmədova ilə bağlı gizli çəkilmiş videomaterial yayımlayıb. Orada söhbət E.Abdullayevin deputat seçilməsi müqabilində verilən külli miqdarda rüşvətdən gedir.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım