Modern.az

Milli Məclisdə yeni TƏYİNAT

Milli Məclisdə yeni TƏYİNAT

Parlament

24 May 2021, 14:55

Milli Məclis Aparatında kadr təyinatı olub.

 

Modern.az Milli Məclisin rəsmi saytına istinadən məlumat verir ki, Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsinə, Dövlət qulluğunun baş müşaviri Eldar İsmayıl oğlu Əsgərov təyin olunub.

 

Xatırladaq ki, əvvəllər bu vəzifəni Səyyad Kərimov tuturdu. O,  Milli Məclisin mayın 21-də keçirilən plenar iclasında Ali Məhkəmənin hakimi təyin edilməsi səbəbindən vəzifəsindən azad olundu.

 

Mail AĞAXANOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək