Modern.az

Deputatlar Şuşaya APARILACAQ

Deputatlar Şuşaya APARILACAQ

31 May 2021, 11:56

Deputat Aydın Mirzəzadə deputatların Şuşaya səfərinin təşkil edilməsini xahiş edib.

 

Modern.az xəbər verir ki, deputat bu barədə təkliflə Milli Məclisin iclasında çıxış edib: 

 

“Ziyalıların və mətbuat nümayəndələrinin vaxtaşırı Şuşaya səfərləri təşkil edilir. Mən Milli Məclis deputatlarının da Şuşaya səfərinin təşkil edilməsini xahiş edirəm. Bu həm də indiki reallığın yerində dəyələndirilməsinə, perspektivlərin müəyyənləşdirilməsinə və canlı müşahidəyə kömək edəcəkdir”.

 

Spiker Sahibə Qafarova isə Aydın Mirzəzadəyə parlamentarilərin Şuşaya ayrı-ayrılıqda səfər etdiyini xatırladıb:

“Qrup şəklində olmasa da, deputatların ayrı-ayrılıqda və xarici qonaqlarla birlikdə Şuşaya səfərləri olub. Amma siz dediyiniz məsələ də reqlamentə uyğundur”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək