Modern.az

Siyavuş Novruzov Gülər Əhmədova məsələsinin parlamentə çıxarılmamasına aydınlıq gətirdi

Siyavuş Novruzov Gülər Əhmədova məsələsinin parlamentə çıxarılmamasına aydınlıq gətirdi

1 Oktyabr 2012, 14:45

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında deputat Gülər Əhmədova ilə bağlı məsələlərin müzakirə edilməməsinə aydınlıq gətirib. Bu barədə Modern.az-a məlumat verən YAP rəsmisi bildirib ki, bu gün məlum videoqalmaqalın müzakirə edilməməsinin əsas səbəbi, Gülər Əhmədovanın Mərkəzi Seçki Komissiyasına (MSK) deputat mandatından imtina etməsi ilə bağlı göndərdiyi müraciətdir.

Belə ki, qanunvericiliyə görə, deputat əgər öz mandatında imtina edirsə, o zaman bu müraciəti MSK araşdırmalıdır. Əgər deputat haqqında cinayət işi açılırsa, Milli Məclis o zaman onun deputat toxunulmazlığıının götürülməsi ilə bağlı məsələyə baxa bilər. Bununla bağlı MSK öz qərarını verəcək.

Siyavuş Novruzov daha sonra bəyan edib ki, Gülər Əhmədova YAP-ın sıravi üzvü olub.

“Bir sıra KİV-lərdə onun partiyanın Siyasi Şurasının üzvü olması haqda qərəzli məlumatlar gedir. Amma o, partiyanın sadəcə üzvü olub. YAP bu məsələyə baxacaq. Gülər Əhmədova hazırda Yeni Azərbaycan Partiyasının üzvü olaraq qalır, partiya sıralarından hələ çıxarılmayıb”.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım