Modern.az

Parlamentdə şəhid ailələri və qazilərlə bağlı dinləmə keçiriləcək

Parlamentdə şəhid ailələri və qazilərlə bağlı dinləmə keçiriləcək

Parlament

8 Sentyabr 2021, 12:18

Milli Məclisdə şəhid ailələri, Qarabağ əlillərinə göstərilən sosial müdafiə tədbirləri və problemlərlə bağlı dinləmə keçiriləcək.

 

Bunu Modern.az-a açıqlamasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Komitə sədri bildirib ki, dinləməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəhbər şəxslər də dəvət olunacaq:

 

"Yaz sessiyasında belə bir dinləmə keçirdik. Çox yaxşı effekti oldu. Payız sessiyasında da dinləmə keçirmək istəyirik ki, görək yaralılarımızın əlillik vəziyyəti necədir. Problemləri nədən ibarətdir. Nə qədər təminat olub. Bu, hazırda ən aktual məsələdir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər