Modern.az

İlqar Məmmədovu məhkəməyə verən deputatların adı Modern.az-da –SİYAHI

İlqar Məmmədovu məhkəməyə verən deputatların adı Modern.az-da  –SİYAHI

Parlament

5 Noyabr 2012, 16:36

Milli Məclisin üzvləri Hadi Rəcəbli, Eldar İbrahimov, Siyavuş Novruzov, Hüseynbala Mirələmov, Adil Əliyev, Fəzail Ağamalı, Mübariz Qurbanlı, Xanhüseyn Kazımlı və digərləri REAL Hərəkatının sədri İlqar Məmmədovu məhkəməyə verir. Bu barədə Modern.az-a siyahıda  olan deputatlardan biri məlumat verib.

Buna səbəb İ.Məmmədovun MM-dəki deputatlar barəsində şəxsiyyəti aşağılayan ifadələri olub. Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Siyavuş Novruzov REAL Hərəkatının sədri İlqar Məmmədovu məhkəməyə verəcəklərini təsdiqləyib. O, bildirib ki, millət vəkilləri İlqar Məmmədovun parlamentarilər barədə səsləndirdiyi təhqiramiz ifadələrə görə məhkəmədə cavab verməsini istəyirlər:

"Məhkəmə zamanı neçə millət vəkilinin onu məhkəməyə verəcəyi məlum olacaq. Burada söhbət Yeni Azərbaycan Partiyasından deyil, Milli Məclisdən gedir. Hər şey məhkəmə zamanı məlum olacaq".

REAL Hərəkatının sədri İlqar Məmmədov saytımıza açıqlamasında bildirib ki,  məsələdən xəbərsizdir: “Bu barədə məlumatsızam. Ona görə də heç nə deyə bilmərəm”.

Qeyd edək ki, İlqar Məmmədov öz bloqunda parlamenti barədə belə status yazıb:
“Mən Azərbaycan parlamentini bu yazı ilə təhqir edirəm. Yaxşı edirəm. Çünki Azərbaycan parlamenti böyük əksəriyyəti fırıldaq adamların toplaşdığı bir zooparkdır. Orta əsrlərdə hər şah öz yanında bir zoopark saxlayarmış, bu da o növdəndir”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım