Modern.az

Vitse-spiker: “Neftin qiyməti spekulyativ oyunlardan asılıdır”

Vitse-spiker: “Neftin qiyməti spekulyativ oyunlardan asılıdır”

Parlament

6 Noyabr 2012, 13:07

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov büdcə müzakirələri ilə bağlı çıxışında bi sıra müşahidəçilərin neftin qiymətinin büdcədə 100 dollar həcmində deyil, daha aşağı və digər rəqəmlər olması ilə bağlı səsləndirdikləri fikirləri şərh edib. Millət vəkili bildirib ki, hazırda neftinin qiymətini tələb və təkliflə bağlamaq düzgün deyil.

“Yadınıza gəlirsə 2007-ci ildə neftin bir barreli 50 dollardan 95 dollara qalxdı. Hazırda dünyada neftin qiymətinin tənzimlənməsi spekulyativ oyunlardan aslıdır. Odur ki, neftin qiymətinin bu istiqamətdə müzakirəsi məncə, məqbul deyil”, – deyə Milli Məclisin deputatı qeyd edib.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım