Modern.az

Milli Məclisdən sərt mesaj: “Spikerə böhtan atıb oyun qurmaq istəyirlər” - RƏSMİ AÇIQLAMA

Milli Məclisdən sərt mesaj: “Spikerə böhtan atıb oyun qurmaq istəyirlər” - RƏSMİ AÇIQLAMA

8 Noyabr 2012, 11:29

Bəzi mətbu orqanlarda Milli Məclisin sədri Oqtay Əsədovun Azərbaycanda Mətbuat Komissarlığının yaradılması ilə bağlı fikirlər səsləndirdiyi barədə yazılar yer almaqdadır.

Modern.az saytı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə əlaqə saxlayaraq, spikerin həmin fikri harada səsləndirdiyini dəqiqləşdirmək istəyib. 

Mətbuat xidmətinin rəhbəri A.Təvəkküloğlu əməkdaşımıza bildirib ki, Milli Məclisin sədri Oqtay Əsədov Mətbuat Komissarlığının yaradılması haqqında heç vaxt, heç yerdə fikir səsləndirməyib:

“Hesab edirəm ki, bu, kimlərinsə ideyasıdır. Kimlərsə öz oyunlarını guya, Oqtay Əsədovun belə bir fikri irəli sürməsi kimi qələmə verməklə, bunun ətrafında oyun qurmağa cəhd edirlər. Birmənalı şəkildə bildirirəm ki, Oqtay Əsədov belə bir fikir səsləndirməyib. Bu, cəfəng, yalan, şər, böhtandır.  Biz bu şər, böhtan ətrafında kimlərinsə oyun oynamasına imkan verməyəcəyik. Bu fikirləri dərc edən mətbu orqanlara səslənirəm, buyursunlar, sübut etsinlər görək, Oqtay Əsədov harada belə bir söz işlədib səsləndirib. Bu qədər şər, böhtan olmaz”.

 Şahanə RƏHİMLİ  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım