Modern.az

Deputatlar Zamin Hacını və Zərdüşt Əlizadəni də məhkəməyə verirlər

Deputatlar Zamin Hacını və Zərdüşt Əlizadəni də məhkəməyə verirlər

8 Noyabr 2012, 12:55

“Zamin Hacı, İlqar Məmmədov, Zərdüşt Əlizadə buna görə cavab verəcək”


“Həm Zamin Hacının, həm İlqar Məmmədovun, həm də Zərdüşt Əlizadənin parlamenti aşağılayan fikirlərinə qarşı hüquqi müstəvidə ciddi tədbirlərin görülməsinin tərəfdarlarından biriyəm. Bu şəxslər Mili Məclisdə olan insanların şəxsiyyətini aşağıladıqlarına və təhqir etdiklərinə görə cavab verməlidirlər. Bu faktlarla bağlı 20-25 nəfər deputatın imzaladığı iddia ərizəsi hüquqşünaslar tərəfindən hazırda işlənir, ola  bilsin ki, digər millət vəkilləri də bizə qoşuldu. Hər halda 20 nəfər kifayət qədər saydır”. Bu fikirləri Modern.az-a deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı son vaxtlar müzakirə olunan qalmaqallı açıqlamları şərh edərkən deyib. 

“Deputatlar bu təhqirə cavab verməyə hazırdırlar”

“Bir neçə deputatın imzası ilə də məhkləməyə vermək olardı. Deputatlardan kimsə bu prosesə,   bu təhqirə cavab verməyə hazırdısa və ona qoşulursa, bunun da qarşısını almağa ehtiyac yoxdur.  Burada xüsusi bir imza toplama prosesi getmir. Sadəcə olaraq, millət vəkillərinin özləri müraciət edir, məhkəməyə verilmiş siyahıya onun da imzasının əlavə olunmasını  xahiş edir. Amma kimsə fərdi olaraq imzatoplanma kampaniyası aparmır”.

“Xeyli deputat müraciət edib”

Deputat bildirib ki, aşağılayıcı ifadələrlə bağlı məhkməyə müraciət edən parlament üzvlərinin ad və soyadları mətbuata veriləcək:
“Xeyli deputat müraciət edib. Bir az səbr edin, kimlər bu prosesə qoşulubsa, adı və soyadı  mətbuata veriləcək. Zamin Hacı Milli Məclisi hərəmxana, İlqar Məmmədov  zoopark,  Zərdüşt  Əlizadə də zoosirk adlandırıb, buna görə onlar  cavab verməlidirlər ki, bu cür tərbiyəsizlik qanqal toxumu kimi bütün Azərbaycana yayılmasın. Zamin Hacıya vaxtında cavab verilsəydi, İlqar  Məmmədov o cür tərbiyəsizlik etməzdi. İlqar Məmmədova lazımı şəkildə cavab verilsəydi, Zərdüşt Əlizadə belə tərbiyəsizlik etməzdi. Artıq onlar bunu edibsə, millət vəkilləri ortalıqdadırsa bu iş sona çatırılmalıdır “-deyə deputat vurğulayıb.

Deputat Aydın Mirzəzadə isə məsələyə şərh vermək istəmədiyini bildirib: “Zərdüşt Əlizadə   Azərbaycanda yaşayan 9.5 milyon vətəndaşdan bir nəfərdir. Parlament üzvünün hansısa  vətəndaşın dediyini şərh etməsinə ehtiyac yoxdur”-deyə A.Mirzəzadə deyib.  

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım