Gələn həftə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək.
Modern.az xəbər verir ki, qanunvericiliyə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Sentyabrın 30-u cümə axşamı gününə düşdüyündən parlamentin builki payız sessiyası həmin tarixdə keçiriləcək.