“Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaqmı?”
Modern.az bildirir ki, bunu Mili Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova bildirib.
Parlament sədri Oqtay Əsədov Zeynəb Xanlarovanın suallarına çıxışlar yekunlaşandan sonra hökumət nümayəndələri tərəfindən cavab veriləcəyini bildirib.
Modern.az